Şamaxıda zəlzələ oldu

ÖLKƏ
08:56
22 Fevral 2020
53

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Sabah.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Xəbər lenti