DİM magistraturaların boş qalan yerlərinə qəbul elan etdi

ÖLKƏ
10:15
25 Avqust 2020
209

Dövlət İmtahan Mərkəzi avqustun 25-dən 31-dək 2020/2021-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edir.

Sabah.az xəbər verir ki, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçirilmiş qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (“Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub).

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Xəbər lenti