Sərnişin avtobusu piyadanı vurub öldürdü
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 21-də saat 22 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun "dördyol" adlanan hissəsində qeydə alınıb.
"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox