DTX-nın əməliyyatındakı qadın müavin YAP-ın namizədi imiş - Video
Xəbər verdiyimiz kimi, Neftçalada xüsusi əməliyyat keçirən Dövlət Təhlükəsizlik Xidməti (DTX) başda icra başçısı İsmayıl Vəliyev olmaqla bir neçə vəzifəli şəxsi saxlayıb.
Sabah.az-ın məlumatına görə, DTX-nin əməliyyatla bağlı yaydığı videosunda sorğulananlar arasında icra başçısının müavini Gültəkin Sadıqova da olub.
Rəsmi açıqlamada bildirilib ki, Gültəkin Sadıqovanın xidməti otağına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
G.Sadıqova haqda diqqət çəkən məqam onun fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə deputatlığa namizəd olmasıdır. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Sadıqova Gültəkin Zakir qızı 61 saylı Neftçala seçki dairəsi üzrə mübarizə aparıb.
Qeyd edək ki, bu seçki dairəsinin lider namizədi Sabir Rüstəmxanlıdır.
Daha çox