Bakı-Sumqayıt yolu bu tarixdə istifadəyə veriləcək - Video
''Bakı-Rusiya sərhədi avtomobil yoluna alternativ olaraq çəkilən yeni yolun 100 km-lik hissəsi bu il istifadəyə veriləcək".
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.
Qurum rəhbəri yeni yol istifadəyə verildikdən sonra köhnə beton yolun da əsaslı təmir ediləcəyini bildirib. Agentliyin sədri eyni zamanda bu ilin sonuna qədər Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin və 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilib başa çatdırılacağını bildirib. O, ölkə əhəmiyyətli yollarda görüləcək işlərdən də danışıb.
Saleh Məmmədov çıxışında Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin də bu il mayın sonuna kimi başa çatdırılacağını, avtovağzalın yaxınlığından Şərifzadə küçəsi istiqamətində çəkiləcək yeni tunelin layihəsinin hazırlandığını və aidiyyatı dövlət qurumlarının razılaşdırma mərhələsində olduğunu bildirib.
Daha çox