“Anji”nin sabiq vitse-prezidenti federal axtarışa verildi

İDMAN
21:57
21 Fevral 2020
54

Rusiyanın “Anji” klubunun sabiq vitse-prezidenti Maxi İdrisov federal axtarışa verilib.

Sabah.az rus mətbuatına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında çoxlu sayda qanunsuz silah-sursat saxladığına görə həbs edilən İdrisov daha sonra ev dustaqlığına buraxılıb. İzləmək üçün ona xüsusi qolbaq bağlanılıb.

Lakin keçmiş klub rəsmisi bu ay qolbağı qıraraq qaçıb. İlkin məlumata görə, o, hazırda Çeçenistandadır. İdrisov Çeçenistanın prezidenti Ramzan Kadırovun yaxın adamı hesab olunur.

Qeyd edək ki, başqa bir mənbə İdrisovun əslində ötən il neft satışı ilə bağlı dələduzluqda şübhəli bilinərək həbs edildiyini yazıb.

Xəbər lenti