Karantində idman zalına getdilər - Foto

XƏBƏR
10:35
20 Avqust 2020
143

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən idman zalı aşkarlanıb.

Sabah.az xəbər verir ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Xəbər lenti