Tovuzda məktəbli dərs vaxtı bıçaqlandı

HADİSƏ
21:36
21 Fevral 2020
104

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüdlü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.