“Lotu Quli” qətlə yetirildi - Yenilənib

HADİSƏ
09:05
20 Avqust 2020
481

Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib.

Sabah.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, Antalyada otellərin birində birlikdə yemək yediyi yaxın adamı tərəfindən başından güllələnib. Hadisə Serik rayonunda qeydə alınıb.

Səlifov xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs hadisə yerindən qaçsa da, Antalya-Dənizli yolunda saxlanılıb.

 ***

Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, Musavat.com-un yaydığı xəbərdə bildirilir ki, bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, "Xan Əhmədlinski" ləqəbli kriminal avtoritetdir. "Xan" son zamanlar "Quli"nin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. O, 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı. "Lotu Quli" həbsdən çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçmişdi.

Xəbər lenti