Azərbaycanlı Rusiyada şirkət prezidenti təyin edildi

GÜNDƏM
13:50
19 Avqust 2020
168

Rəşid İsmayılov "VimpelCom"un ("Beeline" brendi) prezidenti seçilib.

Sabah.az "TASS"a istinadən xəbər verir ki, şirkətin direktorlar şurası avqustun 17-i keçirilən iclasda əslən azərbaycanlı Rəşid İsmayılovu şirkətin yeni prezidenti təyin edib.

Belə ki, R.İsmayılov şirkətlə 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

Bildirilib ki, daha əvvəl İsmayılov “Beeline”da baş direktorun müşaviri kimi işə başlayıb. Ona qədər şirkətin prezidenti vəzifəsini 2015-ci ildən Aleksandr Krupnov daşıyıb.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-2018-ci illərdə Rusiya Telekommunikasiya və Rabitə nazirinin müavini vəzifəsini icra edib. Daha sonra isə o, Rusiyada “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən, Runet Davamlı İstismar Qanunu çərçivəsində Trafik filtrləmə sistemlərini tətbiq edən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzinə rəhbərlik edib.

Xəbər lenti