Bu məntəqədə də səsvermənin nəticələri etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əbilovun müraciətinə baxılıb.
Sabah.az xəbər verir ki, bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində səsvermə günü dairə üzrə bir sıra məntəqələrdə seçki pozuntularının olduğunu iddia edib. Həmin müraciət əsasında araşdırmalar aparılıb və 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi həqiqətən də müəyyənləşib. Komissiya 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə əsasən sözügedən dairənin lider namizədi Sədaqət Vəliyevadır.
Daha çox