Yas mərasimi keçirənlər cərimələndi - Fotolar

XƏBƏR
14:35
18 Avqust 2020
159

Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.

Sabah.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.

Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb. Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon polis şöbəsinə dəvət olunub.

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibatı cərimə tətbiq olunub.

Xəbər lenti