"Bazarstore" da cərimələndi - Fotolar
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.
Sabah.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazarstore” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.
Daha çox