Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi

ÖLKƏ
18:35
21 Fevral 2020
125

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 9 saylı Binəqədi İkinci seçki dairəsi ilə bağlı iki namizəd - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

Sabah.az xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 20 saylı məntəqədə öz təsdiqini tapıb. O bildirib ki, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra 9 saylı Binəqədi ikinci seçki dairəsinin lideri Qafarov Kəmaləddin Nəsrəddin oğlu olub.

Xəbər lenti