Hərbi hissələrdə seçkilər necə keçirilib?

XƏBƏR
18:27
21 Fevral 2020
56

“Hərbi hissələrdə səsvermə ilə bağlı məsələlərdə dünyanın heç yerində bizim qədər açıqlıq yoxdur”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur:

“Seçki Məcəlləsi heç bir məntəqəni fərqləndirmir. Azərbaycanda hərbi hissələrdə səsvermə açıq və şəffaf şəkildə keçir. Səsvermə günü hərbi hissələrdə olan seçki məntəqələrində baş verənlərlə bağlı müxtəlif namizədlər öz narahatlığını ifadə edir. Burada bizim edə biləcəyimiz heç nə yoxdur”.

Xəbər lenti