"Şüvəlandakı bağımda dincəlirəm" - Elmar Məmmədyarov

GÜNDƏM
15:21
14 Avqust 2020
271

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Sabah.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam”.

Xəbər lenti