Son altı ayda 83 körpə evdə doğulub

XƏBƏR
13:08
14 Avqust 2020
190

“Ev şəraitində doğulan uşaqların aşkar olunması sahəsində bir sıra işlər görülüb, maarifləndirmə işləri aparılıb”.

Sabah.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, 2019-cu ildə 148, 2020-ci ilin altı ayı ərzində 83 körpə ev şəraitində doğulub.

“139 körpənin sənədləşmə işi həyata keçirilib, qalanlarının valideynlərinə isə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsində  hüquqi yardım göstərilib”, - deyə xidmət rəisi vurğulayıb.

Xəbər lenti