Aygün Muradxanlının şikayəti təmin edilmədi

GÜNDƏM
17:20
21 Fevral 2020
49

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 28 saylı Sabunçu seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, MSK üzvü İlham Məmmədov bildirib ki, bu dairə üzrə namizəd Aygün Süleymanlı (Muradxanlı) şikayətində səsvermə zamanı pozuntular olduğunu, bunların videogörüntülərdə əks olunduğunu bildirib və bu dairə üzrə nəticələrin ləğv edilməsini istəyib.

İ.Məmmədov bildirib ki, bu dairə üzrə bütün namizədlər də daxil olmaqla, 200-ə yaxın şəxsdən izahat alınıb və müraciətdə göstərilən hallar öz təsdiqini tapmayıb.

Məzahir Pənahov bildirib ki, sosial şəbəkədə həmin dairədən 3 video paylaşılıb, onun da birinin hansı məntəqədən çəkildiyi məlum olmayıb: “Biz bütün videoları toplayırıq, hazırda 68 dairədən 185 video yığılıb”.

A.Muradxanlı qeyd edib ki, həmin dairədən 20-yə yaxın video paylaşıb.

Səsvermə nəticəsində MSK qərar verib ki, A.Muradxanlının şikayəti əsassız olduğu üçün təmin edilməsin.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd əvvəlki deputat Eldar Quliyevdir.

Xəbər lenti