Nazir yeni tədris ili ilə bağlı təkliflərə münasibət bildirdi
Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun təkliflərinə münasibət bildirib.
Sabah.az xəbər verir ki, nazir təkliflərin dəyərləndirilməsi üçün ictimaiyyətə müraciət edib:
"COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Təhsil İnstitutuna təşəkkürümü bildirirəm. Qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.
Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır.
Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".
Daha çox