Bu gündən müəllimlərin işə qəbulu üzrə imtahanı başlayır

ÖLKƏ
09:20
14 Avqust 2020
303

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.

Sabah.az xəbər verir ki, bu mərhələdə 46 min 228 namizəd iştirak hüququ qazanıb.

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

Xəbər lenti