Bıçaqla özünü yaralayan 8 yaşlı uşaq öldü

HADİSƏ
18:10
13 Avqust 2020
523

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti