İnstaqramda narkotiki təbliğ edən şəxs həbs olundu - Video

XƏBƏR
14:55
13 Avqust 2020
121

“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs həbs edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.

O, ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Cəlilabad Rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

Xəbər lenti

15:33 24 Sentyabr 2020
13:20 24 Sentyabr 2020
12:51 24 Sentyabr 2020
09:50 24 Sentyabr 2020
09:25 24 Sentyabr 2020
17:14 23 Sentyabr 2020
15:20 23 Sentyabr 2020
14:10 23 Sentyabr 2020
09:28 23 Sentyabr 2020
17:00 22 Sentyabr 2020