Rayona gedən koronavirus xəstəsi postda saxlanıldı

GÜNDƏM
12:41
13 Avqust 2020
169

Yaşayış yerini tərk edərək digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb. Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.

Xəbər lenti

15:33 24 Sentyabr 2020
13:20 24 Sentyabr 2020
12:51 24 Sentyabr 2020
09:50 24 Sentyabr 2020
09:25 24 Sentyabr 2020
17:14 23 Sentyabr 2020
15:20 23 Sentyabr 2020
14:10 23 Sentyabr 2020
09:28 23 Sentyabr 2020
17:00 22 Sentyabr 2020