Prezident dövlət büdcəsi ilə bağlı dəyişikliyi təsdiq etdi

İQTİSADİYYAT
18:42
12 Avqust 2020
464

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Sabah.az xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 359 465,0 min manat, yerli gəlirləri 764 535,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 677 330,0 min manat, yerli xərcləri 814 870,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə nəzərdə tutulan məbləğlərlə buradan tanış ola bilərsiniz.

Xəbər lenti