Neftçalada Anar Cəfərov da saxlanılıb

GÜNDƏM
15:35
21 Fevral 2020
300

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub. 

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da var.

Xatırladaq ki, Unikal.org-un daha öncə yaydığı məlumatda isə saxlanılanlar arasında icra başçısı İsmayıl Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov, Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovun da adı olduğu bildirilib.

Xəbər lenti