Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı+Fotolar

HADİSƏ
10:15
12 Avqust 2020
620

Bərdədə kütləvi dava baş verib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.

İnsident nəticəsində rayonun Böyük Göyüşlü kənd sakini Mənsur Camalov ölüb, Bağırov Rauf, Əzizov Nicat  və Abbasov Adıgözəl müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı şəxslərin vəziyyətləri ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti