84 nəfər yoluxdu - 3 nəfər vəfat etdi

ÖLKƏ
16:29
11 Avqust 2020
611

Azərbaycanda 84 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

Xəbər lenti