Baş Nazir BP qrupun rəhbəri ilə telefonla danışdı

İQTİSADİYYAT
15:03
11 Avqust 2020
613

Avqustun 11-də Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Sabah.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti