Toy dayandırıldı, bəy və 29 nəfər polis şöbəsinə gətirildi - Foto

GÜNDƏM
14:56
11 Avqust 2020
629

Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirildiyi aşkarlanıb. Toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.

Xəbər lenti