80 evdən oğurluq etdilər - Foto

XƏBƏR
11:21
11 Avqust 2020
828

Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.  Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar  paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xəbər lenti