İmtahanlarla bağlı məlumatlar şəxsi səhifələrə göndərilir

ÖLKƏ
10:50
11 Avqust 2020
842

Cari ilin 18-20 avqust tarixlərində müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı keçiriləcək.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Xəbər lenti