Ər arvadını öldürdü

HADİSƏ
10:01
11 Avqust 2020
876

Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti

18:00 26 Sentyabr 2020
16:42 26 Sentyabr 2020
12:09 26 Sentyabr 2020
09:42 26 Sentyabr 2020
16:08 25 Sentyabr 2020
15:41 25 Sentyabr 2020
15:25 25 Sentyabr 2020
11:57 25 Sentyabr 2020
11:35 25 Sentyabr 2020
09:35 25 Sentyabr 2020