Yoluxma sayı 79-a düşdü

ÖLKƏ
17:00
10 Avqust 2020
463

Azərbaycanda yeni koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan nəfər 2 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Xəbər lenti