Ceyhun Bayramov ilk səfərini Türkiyəyə edəcək
16:50
10 Avqust 2020
205Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.
Səfər avqustun 11-də baş tutacaq.
Qeyd edək ki, bu, C.Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.
Daha çox