Yas dayandırıldı, iştirakçılar polis bölməsinə gətirildi

XƏBƏR
11:51
10 Avqust 2020
157

Beyləqanda karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti