Neftçalada daha iki vəzifəli şəxs saxlanılıb

GÜNDƏM
12:24
21 Fevral 2020
803

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Sabah.az Unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala rayon icra hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.

Xəbər lenti