Polis çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - Fotolar

XƏBƏR
17:06
8 Avqust 2020
221

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Sabah.az xəbər verir ki, Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik  tədbirlər həyata keçirir.

Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və  sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl olunması qaydalara nəzarət olunur.

DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü ə ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Xəbər lenti

19:05 30 Sentyabr 2020
16:53 30 Sentyabr 2020
12:59 30 Sentyabr 2020