Bakıdan Alanyaya uçan təyyarə Ankaraya məcburi eniş edib
“Buta Airways” aviaşirkətinə məxsus “J2 9111” nömrəli təyyarə Ankaranın Esenboğa Hava limanında məcburi eniş edib.
Sabah.az xəbər verir ki, bu gün saat 07:39-da Bakıdan havaya qalxan təyyarə qeyri-sabit hava şəraitinə görə Alanya Hava Limanına eniş edə bilməyib. Nəticədə, kapitan Esenboğa Hava Limanına getmək qərarı verib.
Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.
Şirkətdən bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.
Daha çox