Hamilə qadını dənizdə boğaraq öldürən əri imiş...

HADİSƏ
12:45
8 Avqust 2020
372

Sumqayıt şəhər prokurorluğu dənizdə boğulan hamilə qadınla bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti

18:15 19 Sentyabr 2020
13:40 19 Sentyabr 2020
13:14 19 Sentyabr 2020
12:24 19 Sentyabr 2020
09:19 19 Sentyabr 2020
18:00 18 Sentyabr 2020
13:24 18 Sentyabr 2020
09:56 18 Sentyabr 2020
09:16 18 Sentyabr 2020