Bakıya sərnişin daşımaq istəyirən şəxs həbs edildi - Foto

XƏBƏR
12:35
8 Avqust 2020
197

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

Sürücü Vasif  Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

Xəbər lenti

19:05 30 Sentyabr 2020
16:53 30 Sentyabr 2020
12:59 30 Sentyabr 2020