"Metronun açılması müzakirə olunmur"
“Həftəsonu ictimai nəqliyyatın dayandırılması və metro bir-biri ilə əlaqəlidir”.
Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O qeyd edib ki, bütün ölkələrdə virusun yayılmasına təsir edən bir nömrəli amil insanların hərəkətidir: “Ona görə də bir çox ölkələrdə nəqliyyatın dayandırılması təcrübəsindən istifadə edilir. Biz də buna məcburuq. Bu gün metronun açılması müzakirə olunmur. Çünki ən çox yoluxma metroda ola bilər”.
Daha çox