Zavodda xəsarət almaya görə cinayət işi başlanıldı

XƏBƏR
11:04
8 Avqust 2020
190

Avqustun 7-də Balakən rayon sakini Eldar Dərvişzadənin sağ bazunun travmatik amputasiyası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabah.az xəbər verir ki, Zaqatala rayon prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, Eldar Dərvişzadə 05.08.2020-ci il tarixdə işlədiyi Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən asfalt zavodunda xəsarət alıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti

19:05 30 Sentyabr 2020
16:53 30 Sentyabr 2020
12:59 30 Sentyabr 2020