XİN-dən Abxaziya və Cənubi Osetiya açıqlaması

XƏBƏR
15:35
7 Avqust 2020
216

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə tərəfdardır”.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.

“Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşdırlar. Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti