UFC təxribata əl atan ermənini cəzalandırdı

İDMAN
14:12
7 Avqust 2020
1365

Erməni döyüşçü Edmen Şahbazyan və komandası UFC tərəfindən cəzalandırılıb.

Sabah.az xəbər verir ki, ABŞ-ı təmsil edən 22 yaşlı idmançı son turnirdə qondarma "Dağlıq Qarabağ Respublikasının" qeyri-qanuni bayrağıyla döyüşə çıxdığına görə cərimə olunub.

"Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

Həmçinin bu qanuna zidd hərəkətə icazə verdiyi üçün UFC 20 illik təcrübəyə sahib əməkdaşının işinə də xitam verib.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Xəbər lenti