SOCAR-ın zavodunda yanğın - Yaralılar var+Yenilənib

HADİSƏ
12:55
7 Avqust 2020
389

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.

Sabah.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

Yanğında yeddi nəfər xəsarət alıb.

***

FHN Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb: "Onlardan birinə ambulator yardım göstərilib və evə buraxılıb, digər 6 nəfər isə Yanğın Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır”.

***

Yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti