Saxta arayış verən həkim barəsində cinayət işi başlandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçalanın Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.
Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Daha çox