Daha bir nəfər Azərbaycana ekstradisiya edildi

XƏBƏR
11:57
6 Avqust 2020
179

Azərbaycan Baş Prokurorluğu Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkə ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycana ekstradisiya edilməsi barədə sorğu edilib.

Sabah.az xəbər verir ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilibvə bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Fədail Quliyevin Gürcüstan ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə sonuncu ölkəmizə ekstradisiya edilib.

Xəbər lenti