Baş Prokurorluqdan Firudin Nəbiyevin oğlu ilə bağlı - Açıqlama

GÜNDƏM
14:04
5 Avqust 2020
1190

Baş Prokurorluq Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenant Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

F.Nəbiyev avqustun 3-də Türkiyədə vəfat edib.

Xəbər lenti