Azərbaycan XİN Livana başsağlığı verdi

ÖLKƏ
10:28
5 Avqust 2020
149

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Sabah.az xəbər verir ki, bu barədə XİN-in tvitter səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Qeyd edək ki, ötən gün Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb.

Xəbər lenti