Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək
09:57
4 Avqust 2020
175Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Heydərov bu gün I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.
Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
Daha çox